Keçmiş nazirin ev dustaqlığı 3 ay uzadıldı

Ermənistanda Armen Aşotyanın ev dustaqlığı müddəti üç ay uzadılıb.

Bu barədə vəkil Ruben Melikyan məlumat verib.

Vəkilin sözlərinə görə, Aşotyanın həbsdə və ev dustaqlığında keçirdiyi ümumi müddət 950 günə çatıb.

“Ümid edirəm ki, bu müddət 1000 günlük kədərli həddə çatmayacaq”, – Melikyan bildirib.

Qeyd edək ki, Armen Aşotyan Ermənistanın keçmiş təhsil və elm naziridir. O, 2009–2016-cı illərdə bu vəzifədə çalışıb. Daha sonra Ermənistan parlamentinin deputatı və xarici əlaqələr daimi komissiyasının sədri olub.