Avropa İttifaqı (Aİ) liderlərinin Ukraynaya yeni maliyyə yardım paketini müzakirə edəcəyi sammit ərəfəsində Kreml Brüsselin planlarını tənqid edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa İttifaqının ayırmağı planlaşdırdığı vəsait sülhə deyil, müharibənin davam etdirilməsinə xidmət edəcək.
Peskov 26–27 noyabr tarixlərində keçiriləcək Aİ Liderlər Sammitində müzakirəyə çıxarılacaq yeddiillik büdcə və Ukraynaya maliyyə dəstəyi planları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Avropa İttifaqının Ukraynaya yeni yardım planını şərh edən Kremlin sözçüsü qeyd edib ki, Brüssel yenidən müharibəyə böyük həcmdə maliyyə ayırmağa hazırlaşır.
“Bu, sülh üçün nəzərdə tutulan büdcə deyil”, – Peskov vurğulayıb.
//Gülnarə Abasova, Editor.az