Mərhumun nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfndən öncə mərhumla vida mərasimi Təzəpir məscidində baş tutub. Mərasimdə mərhumun yaxınları, mədəniyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. Noyabrın 25-də 86 yaşında Bakıda vəfat edib.
Elmira Şabanova "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb. Onun xüsusilə "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub. Aktrisa 2000-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.