Xruşşovun nəticəsi Nyu-Yorkda bahalı ev aldı

Nyu-Yorkdakı Yeni Məktəbin beynəlxalq münasibətlər üzrə professoru, Nikita Xruşşovun nəticəsi Nina Xruşşova 35 illik sürgündən sonra özünə ev alıb.

Bu barədə “Telegram” kanalı “Shot” məlumat yayıb.

Kanalın məlumatına görə, alış-veriş Nyu-York şəhərinin bahalı bir məhəlləsində həyata keçirilib. Bu, Manhettenin Qremersi Parkında yerləşən iki yataq otaqlı, 84 kvadratmetrlik mənzildir. Xruşşova bu mənzili 738.000 dollara ipoteka krediti ilə alıb.

Mənzil 1965-ci ildə tikilmiş binanın 5-ci mərtəbəsində yerləşir. Union meydanı cəmi bir neçə məhəllə aralıdadır.