Vəliəhd şahzadənin oğlu dülgər kimi işə düzəldi

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi elektron qolbaqla ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına razılıq verib. O, eyni zamanda mebel ustası kimi işə başlayıb.

Bu barədə onun vəkili Aleksander Qreaker məlumat verib. Vəkilin sözlərinə görə, Höybinin ilk iş günü uğurlu keçib. Lakin onun harada çalışdığı açıqlanmayıb.

Qeyd edək ki, Höybi fevral ayından həbsdədir və son aylarda Skauqum iqamətgahında elektron nəzarət altında saxlanılır. Höybi əvvəllər ev dustaqlığından azad edilməsi barədə vəsatət qaldırmışdı, lakin sonradan fikrini dəyişib. İyun ayında məhkəmə onu məişət zorakılığı və iki zorlama hadisəsinə görə 4 il müddətinə azadlıqdan məhrum edib. Höybi hökmü apellyasiya qaydasında şikayət edib. Apellyasiya prosesinin gələn ilin fevralında başlanması gözlənilir.