Bu gün “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Kataloniya nəhəngi “Barselona”nı qəbul edəcək.
Qarşılaşmaya azarkeşlərin marağı böyükdür.
Belə ki, həm Azərbaycandan, həm də qonşu ölkələrdən olan “Barselona” azarkeşləri Bakı Olimpiya Stadionuna axın edirlər.
Qeyd edək ki, qarşılaşma saat 21:45-də başlayacaq.
Əməkdaşlarımız Pərvin Zeynal və Xəyal Vəlizadənin möhtəşəm matçdan öncə lentə aldığı görüntüləri təqdim edirik: