Azərbaycanda tələbənin binadan yıxılaraq ölməsinin bəzi təfərrüatı məlum olub.
Sfera.az bildirir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Həsən Əlili 5-ci mərtəbənin eyvanından yıxılaraq həyatını itirib.
Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir. O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərib.
****
Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində ölüb.
Həsən Əlili binanın 5-ci mərtəbəsindən yıxılıb.
Onun tələbə olduğu bildirilir.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.(mənbə:oxu.az)