Küveyt ordusu İranın pilotsuz təyyarəsinin hücumunda kritik bir obyektin hədəfə alındığını və dörd nəfərin yaralandığını bildirib. Küveyt ordusunun açıqlamasında ölkənin hava məkanına daxil olan çoxsaylı İran pilotsuz təyyarələrinin aşkarlandığı və hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin müdaxilə etdiyi bildirilib.Bəyanatda bildirilib ki, hücumda kritik bir obyekt hədəfə alınıb və dörd nəfər - biri Küveyt, ikisi İtaliya və biri Pakistan vətəndaşı - qəlpələrdən yaralanıb.Yaralılar müalicə üçün xəstəxanaya aparılıb və hücum nəticəsində ziyan da dəyib.Məlumatda qeyd edilib ki, Küveyt ordusu ölkənin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirləri görməyə davam edir.Jalə