Hörmətli cənab Prezident,
Sizin təşəbbüs və dəstəyinizlə həyata keçirilən layihələr, qurulan yeni obyektlər və yaradılan imkanlar ölkəmizin dörd bir yanı kimi İsmayıllıya da yeni nəfəs gətirmiş, rayonumuzun simasını dəyişmişdir. İsmayıllıya etdiyiniz səfərlər sakinlərlə səmimi münasibətinizin və bölgələrin inkişafına verdiyiniz önəmin parlaq ifadəsidir.
İsmayıllı rayonu özünün 95 illik yubileyini qeyd edərkən, rayonumuzun inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğını məmnunluqla və minnətdarlıqla xatırlayırıq. Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Mehrac Çələbiyev
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Tağlabiyan kəndi.