Ukraynada münaqişədə dönüş nöqtəsi 2027-ci ildə baş verə bilər.
“Reuters” agentliyinə istinadən, belə bir proqnozla Latviyanın prezidenti Edqars Rinkeviçs çıxış edib.
“Dönüş nöqtəsi gələn ilin yazında və ya yayında baş verə bilər”, - deyə Latviya lideri ehtimal edib.
O, eyni zamanda bildirib ki, Ukraynanın cəbhədə üzləşdiyi çətinliklərə baxmayaraq, Avropa dövlətləri hərbi, maliyyə və infrastruktur dəstəyini davam etdirməyə hazırdırlar.