Avropanın sənaye şirkətlərinin yarısı yüksək enerji və əməkhaqqı xərcləri, eləcə də Çin istehsalçılarının rəqabəti səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Bu barədə “Financial Times” qəzeti “McKinsey” konsaltinq şirkətinin 2026-cı il üzrə məlumatlarına istinadən yazıb.
Bildirilib ki, Avropadakı istehsalçıların təxminən 50 faizi maliyyə çətinlikləri yaşayır və ya böhran vəziyyətindədir. Bu göstərici ötən il 45, 2024-cü ildə isə 42 faiz təşkil edib. Mövcud vəziyyət təxminən 3,7 milyon iş yerini təhlükə altına qoyur.
Araşdırma avtomobil sənayesi, elektrik avadanlıqları, maşınqayırma və material istehsalı kimi sahələrdə fəaliyyət göstərən, illik gəliri 100 milyon avrodan çox olan 1,2 minə yaxın dövlət və özəl müəssisəni əhatə edib.
İlkin nəticələrə əsasən, şirkətlərin 42 faizi böhran vəziyyətində, 8 faizi isə ciddi maliyyə təzyiqi altındadır. Müəssisələrin yarısı isə maliyyə baxımından dayanıqlı hesab olunur.