Murmansk vilayətinin qubernatoru Andrey Çibis barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Moskva məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunan Murmansk vilayətinin qubernatoru Çibis 23 noyabrda Moskvada həbs edilib. O, bir sıra cinayətdə ittiham olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ittihamlar Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaitin mənimsənilməsi, eləcə də Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayrılmış regional Nəqliyyat Nazirliyinin büdcəsindən 1 milyard rubldan çox vəsaitin mənimsənilməsi və qanunsuz valyuta əməliyyatları ilə bağlıdır.