Litva Qarabağda minatəmizləmə işlərinə dəstək verə bilər

Litva işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində Azərbaycanla əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı

Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, ölkəsi Ukraynada minatəmizləmə sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşmək niyyətindədir.

K.Budris Litvanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində və regionun inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəsinin Qarabağda sülh və rifahın təmin olunmasına, bölgənin gələcək inkişafına töhfə vermək istədiyini qeyd edib.