Müharibə veteranına yüksək vəzifə verildi - Foto

Bədəl Hüseynov 244 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin olunub.

Unikal.az-a istinadla, yeni direktor kollektivə təqdim edilib.

Qeyd edək ki, Bədəl Hüseynov bundan əvvəl 221 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olub. O, Vətən müharibəsi iştirakçısıdır.