2027-ci ildə dünyanın bir çox ölkəsini ümumxalq səsverməsi gözləyir.
Avropada Andorra, Estoniya, Finlandiya, İsveçrə, İtaliya, Monteneqro, Polşa, Slovakiya, Yunanıstan parlament, Fransa və Sloveniya prezident seçkisinə getməlidir.
Asiyada Fələstin parlament və prezident, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman parlament, Qırğızıstan, Monqolustan, Tacikistan prezident seçməlidir.
Afrikada Cənubi Sudan, Keniya, Liviya, Nigeriyada parlament və prezident, Anqola, Ekvatorial Qvineya, Kamerun, Konqo, Qambiya, Lesoto, Tunisdə parlament, Burundi ilə Madaqaskarda prezident seçkisi olasıdır.
Amerikada Argentina, Salvador, Haiti parlament və prezident, Qvatemala, Meksika parlament seçilməsi nəzərdə tutulur.