İsveçrənin dondurduğu Rusiya aktivlərinin həcmi...

İsveçrənin dondurduğu Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) çatıb.

Bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, yeni göstərici 2025-ci ilin aprelində qeydə alınan 7,4 milyard franklıq məbləğdən 15% çoxdur.

Artım yeni aktivlərin dondurulması, eləcə də bu aktivlərin bir qisminin qızıl şəklində dəyərinin yüksəlməsi ilə əlaqədardır.