Bir çox müğənni repertuarında olan mahnıların digər sənətçilər tərəfindən oxunmasına icazə vermir. Həmin mahnıların müəllifi olduğunu iddia edən müğənni qarşı tərəfə sərt qadağa qoyur.
Bəs əslində bu səlahiyyət kimə məxsusdur: bəstəkara, yoxsa müğənniyə? Müğənni hansı halda bu qadağanı qoya bilər?
Yenicag.az-ın suallarına məşhur mahnıların müəllifi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev aydınlıq gətirib: “Müğənni yalnız bir halda oxuduğu mahnının başqası tərəfindən oxunmasına izin verməyə bilər əgər mahnının isbatlanmış müəllifidirsə. İsbatlanmış, yəni Əqli Mülkiyyət Agentliyi tərəfindən müəllif şəhadətnaməsi varsa… Bütün başqa hallarda müğənninin mahnı üzərində heç bir hüququ yoxdur”.
Digər hallarda səlahiyyət kimdədir? “Bəstəkarda və şairdə”, — deyə Cavanşir Quliyev vurğulayıb.