Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrində bildirib.
"Bank sistemində Azərbaycan Kredit Bürosu məlumat topladığı kimi, sığorta sahəsində də buna oxşar məlumat bazasının yaradılması ideyamız var. Mərkəzi Banka hələlik bunu tam müzakirə etməmişik. Yəni biz hamımız onsuzda büro ilə inteqrasiya olunmuşuq və büro da avtomatik olaraq "open finance"a qoşulsa, avtomatik bu daha çevik olacaq", A.Miskərli bildirib.
"Bu, bizim ideyamızdır və Büronun "açıq bankçılığ"a inteqrasiya olunması nəzərdə tutulur. Bu gün sığorta sektoru "açıq bankçılığ"a daha çox uyğundur, nəinki "açıq maliyyə"yə. Bir şirkət digər şirkətin müştərisini görəndə biz fikirləşirik axı o mənim müştərilərimi götürə bilər və sair. Amma Azərbaycan Mərkəzi Bankı ilə daha dərindən məsələni müzakirə edib başa düşdük ki, tam elə deyil. Yəni ilkin addımda sığorta şirkətləri bir-birinə o məlumatları ötürəndən sonra avtomatik burda biz nə əldə eləyirik? Məsəl üçün, hər hansı bir müştəri bir sığorta şirkətində sığortalanır, orda sığorta hadisəsi baş verir. Sonra əlbəttə ki, yeniləmə zamanı həmin sığorta şirkəti onun qiymətini qaldırır və bu, normal bir şeydir. Bu da avtomatik digər sığorta şirkətinə gedir. Orda, fərqli məlumat verərək digər sığorta şirkətindən daha münasib qiymət alıb sığortasına davam edir. "Açıq bankçılıq" və "Açıq sığortaçılıq" yaranandan sonra avtomatik bu imkanlar olmayacaq. Ona görə ki, tarixçəni biz bir-birimizdən görəcəyik", - deyə A.Miskərli əlavə edib.