ABŞ-nin Missisipi ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2-si uşaq olmaqla 6 nəfərin həyatını itirdiyi bildirilib.
ABŞ Sahil Mühafizəsinin sözçüsü Xuan Ros (Juan Ros) Missisipidə "Cessna 210" tipli kiçikmühərrikli təyyarənin dənizə düşdüyünü qeyd edib.
Təyyarənin qalıqlarının tapıldığı barədə məlumat verən Ros qalıqlar arasında 8 və 10 yaşlarında 2 uşaq ilə 4 böyüyün cəsədini aşkarladıqlarını bildirib.
Dünya üzrə uçuş məlumatlarını izləyən "FlightAware" platformasına görə, təyyarə Luiziana ştatının Nyu-Orlean şəhərindən Florida ştatının Fort-Mayers (Fort Myers) şəhərinə getmək üçün havaya qalxıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmaya başlayıb.