Aqil Abbas: “Sabah” hamımızın komandasıdır, “Barselona”nın udacağını deyə bilmərəm”

“Çətin oyundu, “Sabah” hamımızın komandasıdır. Mən deyə bilmərəm ki, “Barselona” udacaq. Niyə indidən deyim dilimlə?”

Bu sözləri Bizim.Media-ya deputat, yazıçı Aqil Abbas bu gün baş tutacaq “Sabah”- “Barselona” oyunu haqqında danışarkən deyib.

O, əvvəllər “Barselona” futbol klubuna azarkeşlik etdiyinə də münasibət bildirib:

“Əvvəllər Messi (Lionel Messi) oynayanda “Barselona”ya azarkeşlik edirdim. İndi Lamin Yamala azarkeşlik edirəm, komandaya yox. Mən hər zaman oyunçuya “balet edirəm”. İndi Arda Gülərə görə “Real Madrid”ə azarkeşlik edirəm. Yəni ulduzlara azarkeşlik edirəm, komandalara yox. Özüm “Qarabağ” azarkeşiyəm, həmçinin, “Sabah”ın da. Çünki Azərbaycanın futbolunun fanatıyam, həvəskarıyam”.

“Sabah”a uğur arzulayan deputat komandanın yaxşı oynayacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, “Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur çərçivəsində “Barselona”nı qəbul edəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İndiyədək “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.

Günay Şahmar, Bizim.Media