İsmayıllıda ağır qəza: Traktor ikiyə bölündü - Video

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yol kənarında dayanan traktora çırpılıb.

Toqquşma nəticəsində traktor iki yerə bölünüb. Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)