Buşehr hava limanında hədəf alınan İran təyyarəsinin yeni görüntüləri yayılıb

Yeni yayımlanan görüntülərdə mart ayında Buşehr hava limanında "İran Hava Yolları"na məxsus təyyarənin ABŞ-İsrail hücumu nəticəsində məhv edildiyi anlar əks olunub

Hadisə həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilən hava limanında baş verib. Noyabrın 24-də yayılan bu görüntülər isə sərnişin təyyarəsinin hədəf alınması ilə bağlı geniş müzakirələrə səbəb olub.