Vətəndaşları təmir-tikinti adı ilə aldadan şəxs 7 il azadlıqdan məhrum edilib

Təmir-tikinti fəaliyyəti adı altında vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən Zahir Səlim oğlu Əsgərova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunub.

"Report"un əldə etdiyi məlumata görə, müvafiq hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə iclasında elan edilib.

Çıxarılmış hökmə uyğun olaraq, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində icra edəcək.

Bundan əlavə, zərərçəkənlərdən bir neçəsinin irəli sürdüyü mülki iddia təmin olunub. Onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair qərar çıxarılıb.

Xatırladaq ki, Zahir Əsgərov təmir-tikinti fəaliyyəti adı altında vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə günahlandırılır.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur.