Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.
Qərara əsasən, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında”, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”,
“Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Kompüter Təlim-Tədris və İnternet Mərkəzi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yeni strukturunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin yaradılması haqqında”, “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Nazirlər Kabineti yanında Elmi Bərpa-İstehsalat İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Əsasnaməsinə qismən dəyişikliklər edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”, “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə çevrilməsi, Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi və strukturunun təsdiq olunması haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin, Komissiyanın strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında”, “Sənaye parkları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”, “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə” fərmanlar ləğv edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında" 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı da ləğv edilib.