Gürcüstanın Marneuli bələdiyyəsində azərbaycanlı ailəyə məxsus ev yanıb.
Hadisə Qasımlı kəndində baş verib.
Nəticədə Nuriyevlər ailəsinə məxsus yaşayış evi tamamilə yanıb.
Sakinlərin bildirdiyinə görə, yanğın elektrik xətlərində yaranan nasazlıq səbəbindən baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb.