İsrail İranın nüvə proqramını bərpa etməsi və ballistik raketlərinin mənzilini genişləndirməsi ehtimalından narahatdır.
"Ynet" nəşrinə istinadla, Tehran HƏMAS və Hizbullah terror təşkilatlarına maliyyə dəstəyini də davam etdirir. Bununla belə, dəstəyin həcmi əvvəlki illərlə müqayisədə azalıb.
İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığı mümkün yeni müharibə vəziyyətində hücum və müdafiə əməliyyatları üçün birgə hazırlıqlar aparır. İsrail tərəfi mümkün zərbələrin vaxtı və əməliyyatın formatı ilə bağlı son qərarın ABŞ prezidenti Donald Trampa məxsus olduğunu bildirir.
ABŞ dövlət katibi Marko Rubio isə İranın nüvə silahı əldə etməsinin Tehranın Yaxın Şərqdə təsirini artıracağını və ABŞ üçün də təhlükə yaradacağını bəyan edib. O, İran rəhbərliyinin qərarlarında radikal şiə ruhanilərinin dini və teoloji baxışlarının mühüm rol oynadığını vurğulayıb.