UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Qalatasaray" doğma meydanda "Aston Villa"nı 1:0 hesabı ilə məğlub edib.

Matçın yeganə qolunu 77-ci dəqiqədə Deniz Gül vurub.

Bu qələbədən sonra "Qalatasaray" xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib.

Eyni xala malik "Aston Villa" isə yeddinci yerə geriləyib.