Ukrayna və Norveç birgə müdafiə sistemi yaratdı

Ukrayna və Norveç müdafiə sənayesi şirkətləri birgə yeni hava hücumundan müdafiə sistemi yaradıb.

Bu barədə Ukraynanın müdafiə naziri Yevgeni Xmara deyib.

Bildirilir ki, Norveç şirkəti olan "Kongsberg" adı açıqlanmayan Ukrayna istehsalçısı ilə əməkdaşlıq, Ukrayna və Norveç hökumətlərinin dəstəyi ilə "Desna" adlı yeni hava hücumundan müdafiə sistemi hazırlayıb.

Yeni hava hücumundan müdafiə sisteminin əsas məqsədi Rusiyanın hücum dronlarına qarşı durmaqdır. Təhvil verilən sistemlər artıq Ukraynada istifadə olunur.

“Desna” sistemi Norveç şirkəti "Kongsberg" tərəfindən hazırlanmış atəş idarəetmə sistemi ilə inteqrasiya olunmuş Ukrayna istehsalı olan zenit raketləri və buraxılış qurğuları ilə təchiz olunub.

Bundan əlavə, Ukrayna və Norveç Ukraynanın hava hücumundan müdafiə zonasını artırmaq üçün birgə layihələrini daha da genişləndirməyi düşünürlər.