Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter təlim tapşırığı üçün Eskişehirdən havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.