Türkiyənin Muğla vilayətində güclü zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Milas rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 18:39-da qeydə alınan zəlzələnin ocağı 7,28 kilometr dərinlikdə yerləşib.