Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.Oxu24.com bildirir k, AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun dəstək göstərdiyi yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəliyevin xatirələrini təqdim edir. O, xatirəsində şairin müharibədən sonra ona və ailəsinə göstərdiyi qayğıdan, çətin günlərində verdiyi dəstəkdən bəhs edir:“…1940-cı ilin oktyabr ayında ordu sıralarından azad olub Bakıya qayıtdım. Böyük həvəslə yaradıcılığa başladım. Axı, çox yerlər görmüş, böyük təəssüratla vətənə qayıtmışdım.Bu zaman Yazıçılar İttifaqında Ölkə Müdafiəsi ədəbiyyat bölməsi yaratmağı qət etdilər. Azərbaycan Yazıçılar İttifaqının katibi Zeynal Xəlilin tövsiyəsi ilə Səməd Vurğun məni yanına çağırıb dedi:- Sənin üçün iş tapmışıq, əsl əsgər işi…Səməd Vurğunun əmri ilə Müdafiə ədəbiyyatı bölməsinin müdiri təyin edildim. Təəssüf ki, mənim “müdafiə” fəaliyyətim az çəkdi…Müharibənin ikinci günü kitab və əlyazmalarımı yığıb səliqəyə saldım. Əziz kiçik “balalarımı” ata-anama tapşırdım. Ailə üzvləri, qohum-qonşu, dostlarla vidalaşdım. Əsgərlikdən qayıtdığım yarım il deyildi ki, yenidən əsgər paltarı geydim…1946-cı il oktyabr ayının 10-da Bakıya getmək üçün Çelyabinsk dəmir yol vağzalının kassasından bilet aldım…Bakıda məni heç kəs qarşılamadı. Yenə də heç kəs mənə: “Xoş gəlmisən!” - deyə üzümə gülümsəmədi. Vətəndə heç kimim qalmamışdı. Müharibə bizim ailəyə böyük zərbələr vurmuşdu. Ata-anam mənim həlak olduğum haqqında qara xəbəri aldıqdan sonra vəfat etmişdilər. Ramanadakı evimizdə başqası yaşayırdı.Mən öyrəndim ki, Səməd Vurğunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqının qərarı əsasında atam hər ay Ədəbiyyat fondundan maddi yardım almış, atam vəfat etdikdən sonra anama yardım göstərmişlər. Anam vəfat etdikdən sonra isə Səməd Vurğun yetim, kimsəsiz qalmış kiçik qardaşımı Suvorov məktəbinə düzəltdirmişdi…Mən 1947-ci ildə Bakıda Mirzə Fətəli küçəsinin 9-cu dalanındakı 2 nömrəli qaranlıq, kiçik bir evdə yaşayırdım. O zaman ilk dəfə yanıma gələn şair dostum Nəbi Xəzri mənim haqqımda yazdığı hekayədə evimi belə təsvir etmişdi: “Ev deyəndə ki, təkcə bir otaq idi. Otağa da ancaq bir çarpayı yerləşərdi. Təkcə bir kətil gözümə dəydi. Deməli, o, ancaq bircə qonağı qəbul edə bilərdi…” Bundan dəqiq demək çətindir.Burada, bu “quş yuvası”nda yaşamaq son dərəcə ağır idi. Mən nəhayət tab etməyib ev şəraitimin son dərəcə ağır və dözülməz olduğu haqqında Səməd Vurğuna məktub yazdım. Bir neçə gündən sonra axşam çağı mənzilimin qapısı döyüldü. Qapını açdıqda gözlərimə inanmadım. Gələn Səməd Vurğun idi. Bunu heç gözləməzdim. Hörmətli şairi görcək özümü elə itirdim ki, ona “buyurun” deməyi belə unutdum. Bu boy-buxunlu adam kiçik otağıma güclə girə bildi, başı az qaldı ki, tavana dəysin. O, mənim keçirdiyim həyəcanı başa düşüb kədərlə gülümsündü.-Ayə, otağın məktubunda yazdığından da bərbaddır… Məktubunda ev şəraitini zəif təsvir etmisən. Çoxdandırmı burada yaşayırsan?-Bir il olar, - dedim.- Ayə, bəs niyə susurdun?Mən dinmədim. O, narazılıqla başını bulayıb getdi…Lap pərt idim. Məni tər basmışdı. Elə şaşırmışdım ki, nəzakət üçün ona çay təklif etmək belə ağlıma gəlməmişdi.Ertəsi gün üzündə yanıq izi olan, arıq, ortaboylu bir adam bizə gəldi. Özünü təqdim etdi:-Çaparidze rayon Sovetinin sədri Məzahir Abbasov.O dəqiqə bəzi şeylər yadıma düşdü. O, İkinci Dünya müharibəsində şöhrət qazanmış, hərbi təyyarəçi, qəhrəman döyüşçü idi. Səməd Vurğun ona şeir həsr etmişdi.Məzahir Abbasov otağıma baxdıqdan sonra kədərli başını buladı:-Səmədin gileylənməyə haqqı varmış… İndi gedək, sənə bu yaxınlıqdakı dalanda bir ev göstərəcəyəm.Əvvəlcə bu söz məni sevindirmədi, öz-özümə dedim: “Yenə dalan, dalandan-dalana”.O, məni bir faytona mindirib Tolstoy küçəsinin 7-ci dalanına apardı, 3 nömrəli otağın qapısını açdı.-Xoşuna gəlirmi? - deyə soruşdu.Mən bildirdim ki, o zaman mənzil almaq məsələsi çox çətin idi. Fikirləşmədən dedim:-Əlbəttə…Bu, əvvəlki otağıma nisbətən xeyli genişdi, pəncərəsi də vardı. Mənə elə bil dünyanı verdilər…Hər işim yaxşı gedirdi. Birdən yenə rüzgar dəyişdi, yenə başımın üstünü qara buludlar aldı. İkinci Dünya müharibəsində düçar olduğum qəzalarla əlaqədar olaraq məni daxili işlər idarəsinə çağırıb dindirirdilər. Əsas məqsəd bu idi: bəzi məsələlərdə onlara “kömək etmək”, ən başlıcası Səməd Vurğuna qarşı çıxmaq, onu izləmək, böhtan atmaq.Görün, kimin haqqında və kimə müraciət edirdilər?!Səmədə həyatı boyu minnətdar olan adama. İstəyirdilər ki, tale yollarıma şeiriyyət nuru səpən şairin gülümsər gözlərindəki sevinc yox olsun. Yox, yox, qara külək nəhəng palıd ağacını yıxa bilmədi”.Ardı var..
Bu gün
4122 xəbər bu gün
Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS-532" tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Lökbatanda 10 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şahidlər və uşağın atası danışıblar.
Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya düşüb. AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxdıqdan qısa müddət sonra qəza edib.Hadisədən sonra…
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çindən olan alimlər rəqəmsal məlumatları birbaşa insanın görmə sahəsinə ötürə bilən ağıllı kontakt linzalar üzərində çalışırlar. Bu yenilik sayəsində gələn mesajlara və ya marşruta…
İranın Hörmüz boğazında gəmilərin keçidini tənzimləmək üçün yaratdığı Fars Körfəzi Su Yolu İdarəsi boğazdan alternativ cənub marşrutundan istifadə edən gəmilərə xidmət göstərən 26 yedək gəmisinin qara siyahıya alındığını…
Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, AS-532 tipli helikopter təlim…
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin vəfat edib. Bu barədə "Andolu" agentliyi məlumat yayıb. O, bu gün 89 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Hikmət Çətin...
Bəzi ərazilərdə qaz olmayacaq. Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər...
Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.
Azərbaycanda əməkdar müəllim vəfat edib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib.
Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ətrafında geosiyasi müzakirələr davam edir. Layihəyə beynəlxalq marağın artdığı bir vaxtda İranın ona qarşı mövqeyi yenidən diqqət mərkəzinə düşüb. Tehran dəhlizin yaradılmasına…
“Nvidia” səhmləri 8% ucuzlaşıb. Bu haqda “Forbes” məlumat yayıb. Qısamüddətli artımdan sonra baş verən bu eniş nəticəsində şirkətin baş icraçı direktoru Jensen Huanqın sərvəti 10 milyard dollardan çox azalıb. “Forbes”un…
Yanvar-oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min əcnəbi gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır. Ölkəmizə ən çox Rusiya, Türkiyə və İran vətəndaşları səfər edib. Körfəz…
Böyük Britaniya Rusiya enerji daşıyıcılarının daşınması üçün dəniz xidmətlərinə qoyulan məhdudiyyətlərin genişləndirilməsi imkanını nəzərdən keçirir. Rusiya mediasına istinadən, bunu Böyük Britaniyanın xarici işlər…
Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya…
Almaniya "Patriot" zenit-raket kompleksi üçün azı 480 raket və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. "Reuters"ə istinadən, qərar ölkənin hava hücumundan müdafiəsinin…
ABŞ-nin hüquq-mühafizə orqanları martın əvvəlindən bəri ölkə tarixində dələduzluqla mübarizə üzrə ən böyük əməliyyat çərçivəsində kibərdələduzluqdan zərər çəkmiş vətəndaşlara 8 milyard dollardan çox vəsaiti qaytarıb. Bu…
CONMEBOL və CONCACAF 2028-ci ildə keçiriləcək Amerika Kubokunun (Copa América) ABŞ-də təşkil olunacağını rəsmən təsdiqləyib. 49-cu dəfə keçiriləcək turnir 2028-ci il iyunun 9-dan iyulun 9-dək davam edəcək. Bununla da ABŞ…
Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri…
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən maliyyə mərkəzlərindən birinə son bir həftə ərzində ikinci dəfə hücum edilib.
ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin səhmlərindən 15 milyon dollaradək gəlir əldə edib. Buna şirkətin baş direktoru Censen Huanqın vəzifəsinə qaytarılmasından sonra səhmlərin bahalaşması səbəb olub. Bu barədə…
Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsinin gəlir və xərclərinin hər birinin 510 milyon manat olması nəzərdə tutulur. Gəlirlərin təxminən 61 faizi muxtar respublikanın öz mənbələri, qalan hissəsi isə dövlət…
Türkiyənin Eskişehir vilayətində Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxarkən qəzaya uğrayıb…
Ağlamaq hər zaman insana emosional rahatlıq gətirmir. Alimlər müəyyən ediblər ki, göz yaşlarının əhvala təsiri əsasən ağlamağa səbəb olan hadisədən və emosional vəziyyətdən asılıdır. Bu barədə “Collabra: Psychology” elmi…
Xalq artisti Zülfiyyə Xanbabayeva qara rəngə olan sevgisindən danışıb. Sənətçi bu barədə “Kəşfet” proqramında qonaq olarkən söz açıb. O, qara rəngin onun üçün özünəinam və əsalət ifadə etdiyini bildirib: “Hərdən mənə…
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin vəfat edib. Bu barədə "Andolu" agentliyi məlumat yayıb. O, bu gün 89 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Diyarbəkirdə doğulub…
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb. "Report"a istinadən, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü…
Спасатели обнаружили обломки машины и развернули поисково-спасательную операцию.
Исполняющий обязанности генерального прокурора США Тодд Бланш не стал прямо отвечать на вопрос о возможном уголовном преследовании главы Nvidia Дженсена Хуанга, резко отреагировав на вопросы...
В городе Эскишехир в ходе учений потерпел крушение вертолет Военно-воздушных сил Турции. Об этом сообщает TRT Haber. «Вылетевший из Эскишехира в тренировочных целях вертолет модели...
Президент Украины Владимир Зеленский назвал результативной встречу с премьер-министром Венгрии Петером Мадьяром, по итогам которой стороны достигли договоренностей в политической и энергетической сферах. «Визит…
В турецком городе Эскишехир потерпел крушение вертолет Военно-воздушных сил Турции, выполнявший учебно-тренировочный полет. По имеющейся информации, вертолет модели AS-532 разбился вскоре после взлета. На месте…
Həyati Yazıcı
Əskişəhər şəhərində
Azərbaycanda əməkdar müəllim vəfat edib.
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb. Hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı…
Bubble tea (babıl-ti) içkisinin müntəzəm istehlakı qaraciyərdə piylənmə riskini artıra bilər.
Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.