Britaniya hökuməti Rusiyadan dəniz yolu ilə neft və kömür daşınmasına qadağa tətbiqini nəzərdən keçirir.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib.
"1 yanvar 2027-ci il tarixindən etibarən Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazla bağlı dəniz xidmətlərinə qadağa qoyacaq. Eyni zamanda neftlə bağlı dəniz xidmətlərinə qadağa tətbiq oluna bilər. Bu, nəzərdən keçirdiyimiz məsələlərdən biridir", - nazir bildirib.
O həmçinin əlavə edib ki, Rusiya kömürünün dəniz yolu ilə daşınması qadağan edilə bilər. "Kömür Rusiyaya neftdən daha az gəlir gətirir. Lakin bunun öyrənilməsi lazımdır", - deyə Miliband qeyd edib.
London 2025-ci ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlinə qadağa qoyduğunu elan edib. Məhdudiyyətlər rəsmi olaraq mayın 19-da tətbiq olunsa da, ümumi lisenziyanın verilməsi ilə əlaqədar olaraq, onlar 1 yanvara qədər qüvvəyə minməyəcək.