Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Muğla vilayətinin Milas rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Bildirilib ki, yerli vaxtla saat 18:39-da baş verən zəlzələnin ocağı 7,28 kilometr dərinlikdə yerləşib.