"100 faizimizdən daha çox performans göstərəcəyik"

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun "Barselona" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Özbəkistanlı yarımmüdafiəçi bunları deyib:

"Bura gələn özbəkləri görürəm. Mənim üçün xoşdu ki, onlar çoxdu, mənim üçün gəliblər. Ümid edirəm ki, yaxşı oyun olacaq. Bütün komadanın performansı azarkeşlər üçün xoş olacaq. Sabahkı matçda 100 faizimizdən daha çox performans göstərəcəyik".