"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker" uşaq ədəbiyyatı üzrə ayrıca mükafat təsis edib.

APA-ya istinadən, sözügedən mükafat 2027-ci ildən etibarən hər il təqdim olunacaq və 8-12 yaşlı uşaqlar üçün ən yaxşı müasir bədii əsərləri mükafatlandıracaq.

Mükafatın əsas məqsədi uşaqlar arasında mütaliəyə marağı artırmaq və yeni nəsil oxucuların formalaşmasına töhfə verməkdir.

Uşaq ədəbiyyatı üzrə "Buker" mükafatının 2027-ci il üçün qısa siyahısına 8 əsər daxil edilib.

Qısa siyahıya daxil edilən əsərlər bunlardır:

“The Worst Thing That Could Possibly Happen” – Guy Bass, illüstrator David Roberts;

“Tadpole Summer” – Catherine Bruton;

“War” – Eoin Colfer və Andrew Donkin, illüstrator Giovanni Rigano;

“The Night I Borrowed Time” – Iqbal Hussain;

“The Teller of Tall Tales” – Liz Hyder, illüstrator Tom de Freston;

“The Rambler’s Curse” – Mikey Please;

“Séamus Almost Famous” – Jessica Scott-Whyte, illüstrator Becka Moor;

“Hometown” – Shaun Tan.

Mükafatın qalibi böyüklərdən və uşaqlardan ibarət qarışıq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qalib əsərin adı 2 fevral 2027-ci ildə Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Xatırladaq ki, 1971-ci ildə uşaq kitabları redaktoru Cudi Teylor "Buker" mükafatının təşkilatçılarına uşaqlar üçün bədii ədəbiyyata ayrıca mükafat verilməsi təklifini göndərib. Bu təklifdən 54 il sonra ideya reallaşıb.