Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühüm məsələdi.
Bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hətta Avropada Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji təhlükəsizliyi və diversifikasiyası baxımdan həyati dərəcədə əhəmiyyətli olduğunu deyirlər”,- gürcüstanlı nazir qeyd edib.