Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovun beynəlxalq nüfuzlu Central Bank Payments News nəşrində müsahibəsi dərc olunub.
Müsahibə çərçivəsində ölkənin rəqəmsal maliyyə ekosisteminin inkişafı, nağdsız ödənişlərin genişləndirilməsi, ani ödəniş infrastrukturunun təkmilləşdirilməsi və fintex bazarının formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.
Sədr müavini həmçinin AZQR-ın tətbiqi, ödəniş bazarının genişləndirilməsi, innovasiya və rəqabət mühitinin təşviqi, eləcə də ödənişlərin təhlükəsizliyinin və istehlakçıların müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Müsahibəni bu linkdən nəzərdən keçirmək mümkündür: