Beynəlxalq gündəm, Qara dənizdə olan kifayət qədər gərgin durum, Yaxın Şərqdəki qeyri-müəyyənlik və Rusiya-Ukrayna münaqişəsini müzakirə etdik.
Bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın mövqeyi münaqişələrin diplomatik yolla başa çatdırılmasıdır.
Nazir həmkarını Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırdığını, ona ən yeni inkişaflar barədə məlumat verdiyini deyib:
"Eyni zamanda görüşümüzdə azad olunmuş ərazilərdəki bərpa-quruculuq, vətəndaşlarımızın geridönüşü, baş verən yeniliklər, ciddi mina təhdidi barədə də həmkarıma məlumat verdim".