Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib.
Bunu C.Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir iki ölkə arasında güclü əlaqələrin mövcud olduğunu qeyd edib.