“Sportico” portalının versiyasına görə, “Ferrari” “Formula-1” üzrə dünya çempionatının ən baha komandasıdı. İtaliya komandasının dəyəri 8,2 milyarddı ki, bu da bir il əvvəllə müqayisədə 28 faiz artıqdı. “Ferrari” ardıcıl 4-cü il reytinqin ilk pilləsində qərarlaşıb.
Reytinqdə 2-ci yeri 7,75 milyard dollarla (32 faiz artım) “Mersedes” tutub. İlk “3-lüy”ü dəyəri 6,3 milyard dollara çatan (33 faiz artım) “Maklaren” qapayıb.
“Formula-1” komandalarının orta dəyəri son bir ildə 33, 2023-cü illə müqayisədə 197 faiz artıb. Çempionatda çıxış edən 11 komandanın ümumi dəyəri təxminən 50 milyard dollardı.
“Formula-1”də çıxış edən komandaların dəyəri
1. “Ferrari” – 8,2 milyard dollar (+28 faiz)
2. “Mersedes” – 7,75 milyard dollar (+32 faiz)
3. “Maklaren” – 6,3 milyard dollar (+33 faiz)
4. “Red Bull” – 5,6 milyard dollar (+30 faiz)
5. “Aston Martin” – 4,15 milyard dollar (+38 faiz)
6. “Alpin” - 3,28 milyard dollar (+58 faiz)
7. “Uilyams” - 3,24 milyard dollar (+51 faiz)
8. “Reysinq Bullz” – 3,05 milyard dollar (+49 faiz)
9. “Audi” – 3 milyard dollar (+60 faiz)
10. “Haas” – 2,8 milyard dollar (+67 faiz)
11. “Kadillak” – 2,7 milyard dollar.