Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirməsi nəticəsində 3 nəfər həlak olub, 1-i yaralanıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hava zərbəsi nəticəsində dördmərtəbəli binada yanğın baş verib. Xilasedicilər alovu söndürüblər.
Qeyd edək ki, noyabrın 2-də Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbə nəticəsində 72 nəfər həlak olub.