Estoniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tallinin Rusiya ilə sərhədi bağlamaq qərarı ilə bağlı Estoniyaya etiraz edilib.
Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub ki, Rusiya ilə sərhədin bağlanması Estoniya iqtisadiyyatına zərbə vuracaq və həm Tallinin özünə, həm də onun AB və NATO müttəfiqlərinə bumeranq təsir göstərəcək.