INCI CLINIC və İnci Laboratoriyalarında keyfiyyətli idarəetmə üzrə təlim keçirilib

INCI CLINIC və İnci Laboratoriyalarının əməkdaşları üçün “ISO 7101:2023 – Səhiyyə təşkilatlarında keyfiyyətli idarəetmə sistemləri – Tələblər” beynəlxalq standartına dair təlim təşkil olunub.

Təlim proqramı çərçivəsində səhiyyə müəssisələrində keyfiyyət idarəetmə sistemlərinin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi, pasiyent məmnuniyyətinin təmin olunması və idarəetmədə sistemli yanaşmaların formalaşdırılması ilə bağlı məlumatlar verilib.

Bu istiqamətdə həyata keçirilən təlimlər əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsinə və pasiyent mərkəzli yanaşmanın gücləndirilməsinə xidmət edir.