Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib

Xaçmazda polis tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri törədən və həmin görüntüləri sosial şəbəkə hesablarında yayan "VAZ-2107" markalı avtomobilin sürücüsü, H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilib.

Qərara əsasən, H.Məmmədovun nəqliyyat vasitələrini idarəetmə hüquqü məhdudlaşdırılıb və o, inzibati qaydada həbs olunub.