Ukrayna Prezidenti Volodomir Zelenskinin Liviya limanında Rusiya hərbi gəmisinə hücumla bağlı açıqlamasını görmüşük.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi lazım bilsə, hadisə ilə bağlı məlumat verəcək.
“Ancaq əlbəttə ki, Zelenskinin bu barədə açıqlamasına diqqət yetirdik”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Zelenski Ukraynanın Benqazidə Rusiya gəmisinə yeddi dəniz dronu ilə hücum etdiyini, həmçinin, yük gəmisinə zərbə endirdiyini açıqlayıb.