Bu ölkə GTA VI-nı qadağan edir

İordaniya hakimiyyəti uşaq və gəncləri qorumaq məqsədilə GTA VI-nı qadağan edir.

Bu barədə ölkənin telekommunikasiya tənzimləyici komissiyası məlumat verib.

Bildirilib ki, "Yalnız böyüklər üçün" kateqoriyasında olmasına baxmayaraq, ciddi texniki maneələrin olmaması səbəbindən uşaqlar və yeniyetmələr onu asanlıqla yükləyə bilirlər.