Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 min 91 ədəd noutbuk, 1 min 440 ədəd stolüstü kompüter istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən, bunlar, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 95,7 % və 49,4 % azdır.
Ötən ay isə 1 ədəd noutbuk və 28 ədəd stolüstü kompüter (1 il əvvəl istehsal olmayıb) istehsal edilib. 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə noutbuk istehsalı 24 min 33 dəfə azalıb.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.