Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.
Araşdırma aparılır.