Kür və Qudyalçayda iki nəfər itkin düşüb.
Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində 1963-cü il təvəllüdlü Yaqub Məmmədovun, Qudyalçayın Quba rayonundan keçən hissəsində isə 1997-ci il təvəllüdlü Xəyal Muradovun batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.
Hazırda axtarış-xilasetmə işləri onların batdıqları ehtimal olunan istiqamətlərdə aparılır.
Əlavə məlumat veriləcək.