Farsların qısqandığı “Koroğlu” mükafat aldı

Bundan əvvəl Təbrizdə səhnələşdirilməsinə görə radikal dindarlar və fars millətçilərinin hücumları ilə qarşılaşan “Koroğlu” tamaşası Qızıl Lövhə mükafatına layiq görülüb.

Bu haqda Təbriz mediası məlumat yayıb.

Mükafat dördüncü Hafiz Teatr və Musiqi Mərasimində tamaşanın rejissoru Yaqub Səddiq Camala təqdim edilib.

“Koroğlu”nun Təbrizdə nümayişi bəzi dairələrin tənqidləri ilə qarşılaşmasına baxmayaraq, Tehranda da səhnəyə çıxarılıb və ən çox bilet satılan tamaşalar siyahısında yer alıb.